Sumqayıtda zəncirvarı qəza baş verib, xəsarət alanlar var.
Lent.az-ın APA-ya istinadın verdiyi xəbərə görə, hadisə Sülh prospektində baş verib.
“Range Rover” və “Chevrolet” markalı avtomobillər toqquşaraq yolda hərəkət edən mikroavtobusu da hərəkət zolağından çıxarıb.
Hadisə nəticəsində hər iki maşının sürücüsü yaralanıb.
Sürücülərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.