IMG-LOGO

“Qalatasaray”-“Fənərbaxça” oyunu təxirə salındı

29.12.2023 21:45 101 baxış
IMG

Türkiyə Superkuboku matçı keçirilməyəcək. 

Lent.az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan "Fənərbaxça" - "Qalatasaray" matçı ərəblərin bəzi qadağaları səbəbiylə ləğv olunub.

Belə ki, matçın başlanmasına dəqiqələr qala stadionda qoşulan ərəb mahnıları türk azarkeşlərin kəskin narazılığına səbəb olub. Komandalar isə Türkiyə Futbol Federasiyasına oyuna çıxmayacaqlarını bildirib. İddialara görə, iki klub da artıq Türkiyəyə qayıtmaq üçün yola düşməyə hazırlaşırlar.

Xəbər lenti