IMG-LOGO

Dumanlı hava nə vaxta qədər davam edəcək?

13.02.2024 11:35 99 baxış
IMG

Dumanlı hava şəraiti fevralın 15-dək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindənb Lent.az-a verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin fevralın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Qeyd edək ki, dumanlı hava şəraitinin  səbəbi  nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır. Xəzər dənizi üzərində formalaşan duman qatı  cənub-şərq istiqamətli küləklərlə  Abşeron yarımadasına daxil olub.

Hazırda Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 10 dərəcə yüksəkdir.

Xəbər lenti