IMG-LOGO

PSJ-nin müdafiəçisi zədədən qayıtdı

13 Feb 2024 16:59 98 baxış
IMG

PSJ-nin portuqaliyalı müdafiəçisi Nuno Mendeş ciddi zədədən sonra məşqlərə qayıdıb.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat verib.

Mənbənin məlumatına görə, 21 yaşlı futbolçu yaxın həftələrdə meydana qayıda bilər.

Mendeş zədə səbəbindən ötən mövsümdən sonra meydana çıxmayıb. Mendeşin Paris nəhəngi ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Futbolçunun transfer dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.

Xəbər lenti