IMG-LOGO

“Karib dənizinin quldur”u həbs olundu

21.02.2024 13:06 102 baxış
IMG

“Karib dənizinin quldurları”, “Agent Hamilton: Millətin maraqları”, “Kəllə ovçusu” filmləri ilə tanınan britaniyalı aktyor Kevin Mak Nalli məişət zorakılığında ittiham edilib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 67 yaşlı aktyor bədən xəsarəti yetirmək və zorakılıq ittihamı ilə saxlanılıb. Hüquq-mühafizə orqanları onun ehtimal edilən qurbanının adını və ya başqa təfərrüatları açıqlamayıb.

Maraqlıdır ki, Mak Nallinin həyat yoldaşı, aktrisa Fillis Loqan onun günahkar olmadığını bildirib.

Xəbər lenti