IMG-LOGO

“Barselona” “Bavariya”nın hücumçusunu alır

09.03.2024 10:32 102 baxış
IMG

“Barselona” “Bavariya”nın hücumçusu Erik Çoupo-Motinqi transfer etməkdə maraqlıdır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Kataloniya klubu “Bavariya” ilə müqaviləsi başa çatan 34 yaşlı futbolçunu azad agent kimi almaq istəyir. O da qeyd edilir ki, “Barselona” futbolçuya yeganə iddialı deyil. Çoupo-Motinqlə Premyer Liqa, A Seriya və Səudiyyə Ərəbistanı komandaları maraqlanır.

Çoupo-Motinq 2020-ci ilin oktyabrında azad agent kimi PSJ-dən “Bavariya”ya keçib. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt hücumçunu 3 milyon avro qiymətləndirir.

Bu mövsüm kamerunlu 27 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.

28 turdan sonra “Barselona” La Liqada 61 xalla ikinci pillədə qərarlaşıb. Çempionata “Real” başçılıq edir (66 xal).

Xəbər lenti