Cəlilabadda su bəndində iki uşaq boğulub.
Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Cəlilabad rayonunun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. Kənddə yerləşən su bəndində iki uşağın çimərkən boğulduğu bildirilir.
Hazırda onların axtarışları aparılır.