IMG-LOGO

Gədəbəydə AĞIR QƏZA, ölən var

27.06.2024 09:20 101 baxış
IMG

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib. 

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Məhəmməd Abbasov etibarnamə ilə idarə etdiyi “Lexus RX 350” markalı avtomobillə hərəkətdə olarkən piyada 2013-cü il təvəllüdlü Yusif İsmayılzadəni vurub. Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti