IMG-LOGO

Dənizdə batan yeniyetmələrdən ikisinin meyiti tapıldı - VİDEO

13.07.2024 11:55 102 baxış
IMG

İyulun 11-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 3 nəfərdən ikisinin – 16 yaşlı Aslanov Amid Asif oğlu və 15 yaşlı Aslanov Anar Asif oğlunun cəsədi bu gün səhər saatlarında suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Batdığı ehtimal olunan üçüncü şəxs – 17 yaşlıAğayev Ağaşirin Ramin oğlunun axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub. Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvəlləri də əməliyyatda iştirak edir.

Xəbər lenti