IMG-LOGO

14 maşın bir-birinə çırpıldı

16.11.2023 13:37 101 baxış
IMG

Voloqda vilayətində magistral yolda 14 avtomobilin iştirakı ilə güclü qəza baş verib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, qəza zamanı minik avtomobilləri və ağır yük maşını olmaqla 14 avtomobilə zərər dəyib.

Hadisə yerində 4 zolaqlı yol yarıya qədər bağlanıb, daha sonra bu ərazidə hərəkət bir istiqamətli olub. Ən azı iki avtomobil tamamilə deformasiyaya uğrayıb. İlkin məlumata görə, kütləvi qəzaya səbəb buzlu hava olub.

Xəbər lenti