IMG-LOGO

Şəkidə 37 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ

26.08.2024 08:42 100 baxış
IMG

Şəkidə avtomobil 37 yaşlı kişini vuraraq öldürüb.

Lent.az xəbər verir ki, hadisə avqustun 25-i axşam saat 23 radələrində Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan avtomobil 1987-ci il təvəllüdlü Samrat Şəhriyar oğlu Paşayevi vurub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S. Paşayev həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti