IMG-LOGO

FHN-in İdman-sağlamlıq klubunda görüş keçirilib

28.08.2024 14:59 101 baxış
IMG

Xəbər verildiyi kimi, 25-26 avqust 2024-cü il tarixlərində Bakı Su İdmanı Sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında çimərlik voleybolu üzrə yarış keçirilib və FHN-in kişilərdən ibarət çimərlik voleybolu üzrə komandası həmin yarişda çempion adını qazanıb.

27 avqust 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev komandanın üzvləri ilə görüşüb.

Görüş zamanı F.Musayev qazanılan qələbənin əhəmiyyətindən danışıb, komanda üzvlərini təbrik edərək onlara uğurlar arzulayıb.

Xəbər lenti