IMG-LOGO

Kəlbəcərdə avtomobil aşdı, ölən var

01.09.2024 10:20 100 baxış
IMG

Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Vəng kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21099” markalı mınik maşını idarəetmədən çıxaraq aşıb. Vəng kəndində tikinti şirkətlərindən birində çalışan sürücü, 45 yaşlı Rəsul Quliyev hadisə nəticəsində ölüb.

Avtomobildə olan sərnişin M. Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə Kəlbəcər RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırma gedir./APA

Xəbər lenti