IMG-LOGO

Biləsuvarda ilk dəfə “Məktəblinin dostu” layihəsinin test imtahanı keçirilib

13.09.2024 23:28 106 baxış
IMG

Biləsuvar rayonunda “Məktəblinin dostu” layihəsi üzrə məktəblinin dostu vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, imtahan Biləsuvar şəhər N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində baş tutub. İmtahan Biləsuvarla yanaşı, Bakı və Gəncə şəhərlərində də keçirilib.

Müsabiqəyə ümumilikdə 800-ə yaxın şəxs qeydiyyatdan keçib, onlardan 538 nəfərin namizədliyi uyğun hesab edilib və imtahana dəvət olunub.

İmtahanda namizədlərə 50 sual təqdim edilib, hər sual 1 bal olaraq dəyərləndirilib.

Qeyd edək ki, yaxın günlərdə namizədlərə müsahibənin vaxtı və məkanı ilə bağlı məlumat göndəriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti