IMG-LOGO

Azərbaycanın iki güləşçisi dünya çempionatının FİNALINDADIR

29.07.2025 21:17 15 baxış
IMG

Azərbaycanın iki yunan-Roma güləşçisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında finala vəsiqə qazanıb.

Lent.az xəbər verir ki, Hikmət Haqverdiyev (51 kiloqram) və Əli Nəzərov (60 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaqlar. Onların rəqibləri, müvafiq olaraq, Otabek Tursunov (Özbəkistan) və Amangəldi Ysakbayev (Qırğızıstan) olacaqlar.

Yarımfinalda uduzan Abdurrahman Hüseynli (45 kiloqram) və Yusif Əhmədli (71 kiloqram) bürünc medal görüşünə çıxacaqlar.

Səid Paşayev isə (92 kiloqram) təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq.

Qeyd edək ki, medal görüşləri iyulun 30-da keçiriləcək.

Xəbər lenti