IMG-LOGO

İtkin düşən qızın Yeni ildə meyiti tapıldı

02.01.2024 17:39 103 baxış
IMG

Tümendə dekabrın 29-da yoxa çıxan 25 yaşlı Anastasiya ölü tapılıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, qızı üç gün axtarıblar və sonda onun meyiti yanvarın 1-də aşkarlanıb.

Könüllülər qızın ölümü barədə məlumat veriblər, məlumatı bölgə üzrə İstintaq İdarəsi təsdiqləyib.

Versiyalardan birinə görə, qız öldürülüb, lakin ölümün dəqiq səbəbi hələlik məlum deyil. Onun ölümünün hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.

Xəbər lenti