IMG-LOGO

Bakıda gənc qız hamamda dəm qazından öldü

20 Jan 2024 23:46 97 baxış
IMG

Bakının Sabunçu rayonunda dəm qazından bir nəfər ölüb.

Lent.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 26 yaşlı Sevinc Ramazanova hamam otağında dəm qazından boğulub. O, xəstəxanaya aparılarkən yolda keçinib.

S.Ramazanovanın meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Xəbər lenti