IMG-LOGO

GÖYGÖLDƏ FACİƏ: Ata öldü, oğul yaralandı

21.01.2024 21:48 101 baxış
IMG

Göygöldə ölümlə nəticələn yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Qazel” və “Kamaz” toqquşub. Qəza  zamanı Tovuz rayon sakini, 77 yaşlı Həsən Bayramov hadisə yerində ölüb, onun övladı 28 yaşlı Müşviq Bayramov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.  

Xəbər lenti