IMG-LOGO

“Napoli”nin baş məşqçisi olmağa razılaşdı

14.11.2023 15:22 101 baxış
IMG

"Marsel", "Udineze" və "Qalatasaray"ın keçmiş baş məşqçisi İqor Tudor yaxın gələcəkdə "Napoli"yə rəhbərlik edə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Canluka Di Marsionun saytının verdiyi xəbərə görə, 45 yaşlı mütəxəssis klubla 1 illik müqavilə imzalamağa razılaşıb.

Hazırda Tudor və agenti İtaliyanın paytaxtındadır və "Napoli"nin yekun qərarını gözləyir.

"Napoli" 12 oyundan sonra 21 xalla A Seriyasının turnir cədvəlində 4-cü yerdədir. 2023-cü ilin yayından komandaya Rudi Qarsiya rəhbərlik edir.

Xəbər lenti