IMG-LOGO

Nokautla məğlub olan boksçu üzr istədi

09.03.2024 13:27 101 baxış
IMG

Kamerunlu döyüşçü Frensis Nqannou britaniyalı boksçu Entoni Coşuaya nokautla məğlub olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, bundan sonra o, sosial şəbəkədəki səhifəsində pərəstişkarlarına müraciət edərək onlardan üzr istəyib.

“Bağışlayın uşaqlar, hamınızı məyus etdim. Bu gün rinqdə pis çıxış etdim, amma sabah yenisi olacaq. Sevgi və dəstəyə görə hər kəsə təşəkkür edirəm”, - Nqannou yazıb.

Döyüşün ikinci raundunda Coşua rəqibini nokautla məğlub edib. Bundan əvvəl Nqannou iki dəfə yıxılıb.

Xəbər lenti