IMG-LOGO

Bakıda 51 yaşlı kişi İNTİHAR ETDİ

17 Mar 2024 05:46 96 baxış
IMG

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, Karxana adlanan ərazidə yaşayan 1973-cü il təvəllüdlü Zeynalov Rauf Ağasan oğlu yaşadığı evdə özünü asıb.

Onun meyiti yaxınları tərəfindən aşkarlanıb. Meyit müayinə olunması üçün ölüxanaya təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti