IMG-LOGO

Lənkəranda itkin düşən qadının həyətdə basdırılan meyiti tapıldı

14 May 2024 18:31 97 baxış
IMG

Lənkəranda iki aya yaxındır itkin düşən qadının meyiti tapılıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağiyev küçəsi döngə 1-də meyit tapılıb. Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları adı çəkilən ünvanda istintaq aparır. Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma davam etdirilir.

Xəbər lenti