IMG-LOGO

Tovuzda ata öldü, oğulla gəlin xəstəxanalıq oldu

19.05.2024 12:29 101 baxış
IMG

Tovuzda bədbəxt hadisə baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü Gülşən Əmrahova dəm qazından boğularaq ölüb.

Mərhumun oğlu 2004-cü il təvəllüdlü Əmrahov Əmrah və onun həyat yoldaşı 2004-cü il təvəllüdlü Aysun Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti