IMG-LOGO

Dənizdə daha bir yeniyetmə batdı, xilas edilən də var

13 Jul 2024 16:51 216 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə iki nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, əraziyə dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib.

Operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 17 yaşlı Mirzəyev Nihad Yalçın oğlu “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilib. 

14 yaşlı Seyidov Mirkamil Mirəli oğlunun isə meyitini xilasedicilər  çıxararaq aidiyyəti üzrə təhvil verib.

Mənbə: lent.az

Xəbər lenti