IMG-LOGO

İspaniya AVROPA ÇEMPİONU oldu

15.07.2024 00:56 104 baxış
IMG

Futbol üzrə Avropa çempionatının qalibi məlum olub. 

Lent.az xəbər verir ki, həlledici qarşılaşmada İspaniya və İngiltərə yığmaları üz-üzə gəlib.

Berlindəki Olimpiya stadionunda təşkil olunan qarşılaşmada İspaniya millisi İngiltərə yığmasına 2:1 hesabı ilə qalib gəlib.

İlk qolu oyunun 47-ci dəqiqəsində İspaniya milisinin üzvü Niko Uilyams vurub.

73-cü dəqiqədə İngiltərə yığmasının üzvü Koul Palmer bərabərliyi təmin edib.

Mikel Oyarzabal 86-cı dəqiqədə İspaniya komandasını hesabda önə çıxarıb.

Oyunu fransalı hakim Fransua Leteksye idarə edib.

Xatırladaq ki, ispanlar 2012-ci ildə Avropa çempionatının qalibi olmuşdu.

*** 23:00 Futbol üzrə Avropa çempionatının final mərhələsi start götürüb.

Lent.az xəbər verir ki, turnirin yekun qarşılaşmasında İspaniya və İngiltərə milli komandaları qarşılaşır.

 

Xəbər lenti