IMG-LOGO

Bulvarda dənizdən meyit tapıldı

09.08.2024 17:30 100 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron magistral su kanalının Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində 1 nəfərin meyitinin sudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bu barədə Lent.az-a FHN-dən məlumat verilib.

"Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - məlumatda bildirilir.

Xəbər lenti