IMG-LOGO

Tanınmış jurnalist Azər Rəşidoğlu ƏMƏLİYYAT OLUNDU

06.09.2024 15:58 101 baxış
IMG

Tanınmış jurnalist Azər Rəşidoğlu ağır xəstəliyə tutulub.

Bu barədə Lent.az-a jurnalist həmkarı Rəsul Mirhəşimli məlumat verib. 

Bildirib ki, A.Rəşidoğlu bu gün Milli Onkologiya Mərkəzində əməliyyat olunub:

"Saat təxminən 1-ə qalmış əməliyyat başladı. 3 saatdan artıq davam edən prosesin az öncə bitdi. Həkimlər əməliyyatın yaxşı keçdiyini bildirib. Hazırda həmkəramız reanimasiyadır, sabah palataya köçürülməsi ehtimalı var". 

Qeyd edək ki, A.Rəşidoğlu bir sıra saytlarda analitik yazılar yazır. "Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyinin sədridir.

Xəbər lenti