IMG-LOGO

Gəncədə sirkə turşusu içən kişi öldü

10.09.2024 21:38 103 baxış
IMG

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, 53 yaşlı C.Əliyev evdə sirkə turşusu içərək zəhərlənib.

O, xəstəxanaya çatdırılsa da, həkimlərin səyi C.Əliyevin həyatını xilas etmək üçün yetərli olmayıb.

Mərhumun hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti