IMG-LOGO

Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib

15.07.2025 03:43 9 baxış
IMG

"Barselona"nın gənc ulduzu Lamin Yamalın 18 yaşının tamam olması şərəfinə keçirilən gecə əyləncəsinə ispaniyalı model Klaudiya Kalvo dəvət edilib.

Lent.az "Tardear TV"yə istinadla xəbər verir ki, bu barədə model özü bildirib.

"10-20 min avro (təqribən 20-40 min manat - red.) təklif edirdilər. Onlar müəyyən sinə ölçüsünə malik sarışın qadınlar axtarırdılar. Özünlə telefon götürməyə icazə verilmirdi" , - deyə o vurğulayıb.

Xatırladaq ki, Yamalın 18 yaşı iyulun 13-də tamam olub.

Xəbər lenti