IMG-LOGO

“Sabah” Avropa Liqasında mübarizəni dayandırdı

18.07.2025 00:39 5 baxış
IMG

“Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində cavab matçında “Selye”nin qonağı olub.

Lent.az xəbər xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin 3:2 hesablı üstünlüyü ilə yekunlaşıb.

Komandalar arasında Bakıda baş tutan qarşılaşmada “Selye” "Sabah"ı 3:2 hesabı ilə məğlub etdiyinə görə, oyunda əlavə 30 dəqiqə oynanılıb. Əlavə vaxtda “Selye” bərabərlik qolunu vurmağa nail olub. Bununla da "Sabah" UEFA Avropa Liqasının növbəti mərhələsinə keçə bilməyib.

Xəbər lenti