IMG-LOGO

Ağdam və Ağdərədə güclü yanğın - VİDEO - YENİLƏNİB

22.07.2025 23:00 8 baxış
IMG

Yanğının baş verdiyi ərazilərdə beş partlayış qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, partlayış əsasən Ağdərə rayonu ərazisində qeydə alınıb.

Partlayışın üçü axşam saatlarında, ikisi isə bir neçə dəqiqə əvvəl qeydə alınıb.

Partlayışın səbəbinin ərazidəki mina və partlamamış döyüş sursatının olduğu ehtimal olunur.

Qeyd edək ki, yanğın baş verən əraziyə 4 xüsusi texnika və 50 nəfərə qədər şəxsi heyət cəlb olunub

***

22:38

Ağdam və Ağdərə rayonları ərazisindəki kolluq və otlaq ərazilərdə güclü yanğın başlayıb.

Lent.az xəbər verir ki, qəfil başlayan yanğın surətlə geniş ərazilərə yayılıb. 

Yanğınlar əsasən Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd və Qazançı kəndləri ərazisində baş verib.

Hazırda yanğın baş verən əraziyə yanğınsöndürən briqadaları cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər görülür. (APA)

 

Xəbər lenti