IMG-LOGO

Xəzərdə güclü zəlzələ oldu

27.08.2025 00:54 7 baxış
IMG

Xəzər dənizində zəlzələ olub.

Lent.az xəbər verir ki, bu haqda Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bildirilib ki, zəlzələ Qusar stansiyasından 94 km şimalda, Dağıstan Respublikası ərazisində, 64 km dərinlikdə qeydə alınıb.

Yerli vaxtla saat 00:33-də baş verən zəlzələnin 5.4 bal gücündə olduğu bildirilir.

Zəlzələ Bakı və Sumqayıt başda olmaqla Azərbaycanın bir çox ərazilərində o cümlədən Quba, Qusar, Xaçmaz, Xudat, Xızı, Şabran, Xankəndi, Ağdam, Füzuli, Gəncə, Nabran, Oğuz  kimi rayonlarda da hiss olunub.

Xəbər lenti