IMG-LOGO

Salyanda maşın 2 nəfəri vurdu

04.09.2025 02:02 12 baxış
IMG

Salyanda sərxoş sürücü mağazanın qarşısında dayanan iki nəfəri vurub. Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Qaraçala kəndi ərazisində baş verib. "Mercedes" markalı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü mağazanın qarşısında dayanan Qaraçala kənd sakinləri, 1991-ci il təvəllüdlü İmanov Fərid Əvəz oğlunu və 1992-ci il təvəllüdlü Kazımzadə Anar Elxan oğlunu vurub. Nəticədə hər iki piyada müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti