IMG-LOGO

Cahangir Fərəcullayev: "Biz Santuşdan istefa gözləyirik"

06.09.2025 00:45 5 baxış
IMG

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin ilk matçında İslandiyaya məğlub olub - 0:5.

Apasport.az xəbər verir ki, oyundan sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlama verib.

Qurum rəsmisi bildirib ki, bu nəticədən sonra baş məşqçi ilə yollar ayrılmalıdır: "Biz Fernandu Santuşdan istefa gözləyirik. O, mətbuat konfransında istefa verməsə, bu haqda tədbir görüləcək".

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını sentyabrın 9-da Ukrayna yığmasına qarşı keçirəcək.

Xəbər lenti