IMG-LOGO

"Ford" Xaçmazı işıqsız qoydu - FOTO

04.01.2024 23:58 102 baxış
IMG

Bu gün axşam saatlarında Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, H.Z.Tağıyev küçəsində "Ford" markalı yük avtomobili idarəetməni itirərək kommunikasiya dirəklərinə çırpılıb.

Nəticə xəsarət alan olmasa da, Xaçmaz şəhərinin böyük hissəsi işıqsız və internetsiz qalıb.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən iş aparılır.

Xəbər lenti