IMG-LOGO

Günün bu saatında yemək ürək fəaliyyətini yaxşılaşdırır – Dietoloq

20.11.2023 09:56 102 baxış
IMG

Düzgün səhər yeməyi ürək-damar xəstəliklərinin inkişaf riskini azalda bilər. 

Lent.az xəbər verir ki, bu barədə tanınmış diyetoloq Yuliya Lemetina bildirib. 

Həkim yumurta və emal edilmiş ət məhsullarını qoz-fındıq ilə əvəz etməyi məsləhət görüb.

Onun sözlərinə görə, səhər yeməyində yeyilən sadəcə bir ovuc qoz ürəyin fəaliyyətini 17% yaxşılaşdırır və şəkər xəstəliyinə tutulma riskini azaldır. Belə ki, 50 qram kolbasanı paxlalılar və ya qoz-fındıq ilə əvəz edən insanlarda ürək-damar xəstəlikləri riski 23% azaldığı məlum olub. 

Həkim səhər yeməyi üçün həmçinin meyvə salatı hazırlamağı tövsiyə edib. Bunun üçün sizə alma, armud, portağal, yarım stəkan badam, bir ovuc qoz kifayətdir.  

Xəbər lenti