IMG-LOGO

Bakıda sanatoriyanın qarşısında kişini maşın vurub öldürdü

21.11.2023 09:20 102 baxış
IMG

Bakıda avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə noyabrın 16-da Xəzər rayonu Mərdəkan qəsəbəsi "Qaranquş" sanatoriyasının qarşısında baş verib. 24 yaşlı Həsənov İbrahim Əli oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyada 67 yaşlı Hüseynov Cəfər Şura oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən noyabrın 20-də xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti