IMG-LOGO

"Abzas Media"nın baş redaktoru saxlanıldı

21.11.2023 10:34 101 baxış
IMG

“Abzas media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat yayıb.

O bildirib ki, Sevinc Vaqifqızı xaricdən qayıdarkən hava limanında saxlanılıb, daha sonra evində axtarış aparılıb.

Qeyd edək ki, ötən gün "Abzas Media" saytının direktoru Ülvi Həsənli cinayət məsuliyyətinə cəlb edilib.

Ülvi Həsənli barəsində Cinayət Məcəlləsinin (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti