IMG-LOGO

Zeki Müren intihar edib - Bülent Ersoy

18.01.2024 11:41 102 baxış
IMG

Bülent Ersoy “Türkiyənin sənət günəşi” adını daşıyan Zeki Mürenlə bağlı qalmaqallı açıqlama verərək,  onun öz əcəli ilə ölmədiyini, intihar etdiyini bildirib.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Ərsoy sənətçidən hallalıq almaq üçün morqa gedib. Ordan  qovulmasına baxmayaraq, onun yas mərasimində iştirak etdiyini bildirib.

“Zalım bir insan idi, mənə qarşı olan qısqanclığından dünyasını dəyişdi, onun intihar etdiyinə inanıram. Məni gözü götürmürdü. Çox qısqanc idi. Həblərini içmədi, günə 38 dərman içməliydi, həkimlər yazmışdılar. O bunu eləmədi”, deyə sənətçi bildirib.

Mürenin ölüm xəbərini alan kimi İzmirə getdiyini izah edən Ersoy, “O, meyitxanada idi, çıxartdırdım. Makiyajını silsələr də, təmiz silməmişdilər, üz- gözünə yayılmışdı. Hər iki yanağına toxundum və dedim ki, qardaş, məni bağışla. Yanaqlarından öpdüm. Mən heç vaxt ona qarşı kobudluq və ya hörmətsizlik etməmişəm”- deyib.

Bülent Ersoy 1980-ci ildə mükafatlandırma mərasimində Zeki Mürenin əlini öpməsi ilə bağlı bunları deyib: “Hələ əməliyyat keçirməmişdim. Kişi cinsindəydim. Orada onun əlini öpdüm, dodağını öpsəydim, başqa cür anlaşılacaqdı”,- deyə bildirib.

O bunu Zeki Mürenin kişilərə cinsi istək duymasına işarə edərək söyləyib. Zeki Müren sağlığında Bülent Ersoyu sevməyib və həmişə ondan uzaq qaçıb.  

Xəbər lenti