IMG-LOGO

Hülya Avşardan astronavt Alper Gezeravcıya çağırış : Səni gözləyirəm

19.01.2024 14:55 98 baxış
IMG

Türkiyənin ilk kosmosa səyahəti başlayıb.Türkiyə Respublikasının ilk astronavtı Alper Gezeravcının da içində olduğu kosmik gəmi  artıq Yerdən uzaqlardadır. 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Gezeravcının tarixə düşən kosmos səyahətinə aktrisa və müğənni Hülya Avşar da biganə qala bilməyib.

43 yaşlı təcrübəli döyüş pilotu Alper Gezeravcının kosmos səyahəti hər kəsi həyəcanlandırıb. Türkiyənin ilk astronavtı Alper Gezeravcının tarixi uçuşunu isveçli, italyan və ispaniyalı astronavtlar müşayiət edir.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dahi kəlamı “Gələcək göylərdədir”. 

Məşhur müğənni və aktrisa Hülya Avşar da bu məsələyə biganə qala bilməyib və sosial media hesabında  maraqlı foto paylaşıb. O özünü Marsdaymış kimi göstərərək, “Alper Gezeravcı, burdayam, səni gözləyirəm. Bu iş Marsda bitəcək” deyə yazıb.

Xəbər lenti