IMG-LOGO

Müğənni futbol klubunun rəhbəri oldu

28.01.2024 08:41 104 baxış
IMG

Böyük Britaniyalı müğənni Robbi Uilyams İngiltərənin “Port Veyl” futbol klubunun prezidenti olub.

Lent.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

Musiqiçi doğulduğu Stok-on-Trent şəhərindən olan komandanın çoxdankı azarkeşidir.

“Mənim həyatım qeyri-adi və gözəldir, onun çoxlu dönüşləri olub və prezident postunu almaq xüsusi bir şeydir”, – sənətçi bildirib.

Xəbər lenti