IMG-LOGO

Taxta bazarındakı yanğında 1 nəfər öldü - RƏSMİ

23.11.2023 07:34 103 baxış
IMG

23.11.2023-cü il saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

TƏBİB-dən Lent.az-a bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi)  həkiməqədər ölümü qeydə alınıb. 

Xəsarət alan yoxdur.

Əlavə məlumat veriləcək.

Xəbər lenti