IMG-LOGO

Bakıda azyaşlıllar dəm qazından zəhərləndilər

31 Jan 2024 01:21 95 baxış
IMG

Bakının Sabunçu rayonunda iki nəfər zəhərlənib.

Lent.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, hamam otağında olan 2010-cu il təvəllüdlü Kərimova Vəfa Sadiq qızı və 2009-cu il təvəllüdlü Murtuzova Xədicə Heydər qızı çimərkən dəm qazından zəhərləniblər.

Azyaşlılar yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, X.Murtuzovanın valideynləri uşağı qonşuya müvəqqəti baxmaq üçün vermişdi.

Nurlan Əli

Xəbər lenti