IMG-LOGO

Bakıda meyiti tapılan kişi evi qəsdən yandırıb - Arvadı ilə mübahisə edib - YENİLƏNİB

29.02.2024 23:55 100 baxış
IMG

Bakıda fərdi yaşayış evində baş verən yanğının təfərrüatları məlum olub.

Lent.az-ın məlumatına görə, hadisə qəsdən törədilib.

Yaxınlarının bildirdiyinə görə, 63 yaşlı Əkbərov Eyvaz Həsən oğlu yaşadığı evi yandırıb.

Səbəb  onun həyat yoldaşı ilə mübahisə etməsi olub.

Nəticədə E.Əkbərov evdə yanaraq ölüb.

***

Saat 15:42

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti