IMG-LOGO

Azərbaycanlıları qeydiyyata alan kişiyə cinayət işi AÇILDI

29.11.2023 10:38 103 baxış
IMG

Volqoqrad vilayətində miqrantları öz mənzilində qanunsuz qeydiyyata alan şəxs ifşa edilib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, miqrasiya idarəsinin əməkdaşları müəyyən ediblər ki, Bıkovski rayon sakini öz mənzilində Azərbaycan və Özbəkistan respublikalarının 5 vətəndaşını qeydiyyata alıb. Məlumata görə, əslində bu insanlar rayonun başqa ərazilərində də yaşayıb işləyiblər.

Şübhəli kişi barəsində cinayət işinin başlanıb. Cinayət Məcəlləsinin 322.3-cü maddəsi ilə o, 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Xəbər lenti