IMG-LOGO

Alimenti necə almaq olar? – CAVAB

29.11.2023 12:54 103 baxış
IMG

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzusu alimentin verilməsi ilə bağlıdır.

Bəzən ailədaxili münasibətlərdə problem yarandığı zaman uşaqları himayəsində saxlayan tərəf (daha çox ana-red.) uşağın  xərclərinin qarşılanmadığını qeyd edir və digər valideyndən aliment  almaq üçün boşanmanı çıxış yolu kimi görür. 

Bəs, alimenti necə almaq olar? 

Lent.az xəbər verir ki, aliment tərəflərin razılığı ilə müqavilə əsasında və yaxud məhkəmə qərarının əsasında ödənilə bilər.

Uşaqlar üçün alimentlər nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdəndir. Alimentin alınması barədə iddia boşanma haqqında iddia ilə birlikdə verilə bilər. O zaman işə bir icraat qaydasında baxılır.

Xəbər lenti