IMG-LOGO

Qubada arvadına ağır zərər vuran şəxs intihar etdi

27.04.2024 01:14 101 baxış
IMG

Aprelin 26-da gecə saatlarında Quba rayonunda həyat yoldaşının qəsdən sağlamlığına ağır zərər vurmaqda təqsirləndirlən 1977-ci il təvəllüdlü Ağayev Etibar geyim lifi ilə həyatına qəsd edib.

Lent.az xəbər verir ki, ona göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

Qeyd edək ki, E.Ağayev bir müddət bundan öncə rayonun Birinci Nügədi kəndində ailə münaqişəsi zəminində yaşadıqları evdə həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirib.

Xəbər lenti