Nestle 60 ildən artıqdır əsasən nanə dadı ilə tanınan məşhur “After Eight” şokoladının yeni çeşidlərini təqdim edib.
Lent.az xəbər verir ki, şirkət məhsulun “Caramel”, “Orange” və “Raspberry” olmaqla üç yeni variantını hazırlayıb.
Beləliklə, “After Eight” tarixində ilk dəfə klassik nanə dadından kənara çıxılır.
Yeni məhsulların əvvəlcə seçilmiş satış nöqtələrində, daha sonra isə daha geniş mağaza şəbəkəsində satışa çıxarılması planlaşdırılır.
Şirkət yeni dadların xüsusilə fərqli şokolad məhsullarını sınamaq istəyən istehlakçıların marağına səbəb olacağını gözləyir.
NestleMənbə: lent.az