IMG-LOGO

Masallıda BƏDBƏXT HADİSƏ: elektrik dirəyindən yıxılıb öldü

05.07.2024 11:52 102 baxış
IMG

Masallıda bədbəxt hadisə baş verib. 

Prokurorluqdan Lent.az-a verilən məlumata görə, iyulun 4-də Masallı rayonunun Qızılağac kəndi ərazisində qeydə alınıb. 

1962-ci il təvəllüdlü İsbəndiyar İsmayılov elektrik dirəyində təmir işləri aparan zaman dirəyin qırılması nəticəsində hündürlükdən yerə yıxılıb almış olduğu xəsarətlərdən ölüb. 

Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti