IMG-LOGO

15-i axşamtərəfi ABŞ-a səfər edən Putin, 15-i səhər saatlarında ABŞ-a çatdı

16.08.2025 00:41 4 baxış
IMG

ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün Maqadandan Alyaskaya uçan Vladimir Putin 19 saatlıq vaxt fərqinə görə avqustun 15-nə “qayıdıb”.

Lent.az xəbər verir ki, Putin cümə günü, avqustun 15-ni Maqadanda keçirib və günün sonunda Alyaskaya uçub.

Uçuş təxminən 4 saat çəkib və Putin Ankoricə enəndə hələ avqustun 15-i səhər saat 10:54 olub.

Beləliklə, Rusiya prezidenti Maqadandan Alyaskaya uçaraq avqustun 15-nə "qayıtıb".

Qeyd edək ki, iki bölgə arasında vaxt fərqi demək olar ki, bir gündür, xüsusən Ankoric Maqadandan 19 saat geri qalır.

Xəbər lenti